Altıncı dəfə mövsümü “qızıl dubl”la bitirdik. Gözəl hisslərdir.
AzerTimes xəbər verir ki, bu sözləri “Qarabağ” komandasının prezidenti Tahir Gözəl Azərbaycan Kubokunun qalibi olmaqları barədə danışarkən deyib.
Funksioner gözəl oyuna görə “Zirə”ni təbrik edib: “Rəşad Sadıqov çox yaxşı əzmkar komanda formalaşdırıb. Biz də fantastik mübarizə apardıq. Futbolçularımla qürur duyuram. Növbəti hədəf Çempionlar Liqasında Azərbaycanı layiqincə təmsil etməkdir”.
Qeyd edək ki, “Qarabağ” finalda “Zirə”yə 2:1 hesabı ilə qalib gələrək tarixində 8-ci dəfə Azərbaycan Kubokunun qalibi olub.