Hazırda Dövlət Statistika Komitəsinin (DSK) sədri Tahir Budaqovun səlahiyyətlərini onun birinci müavini Vahab Məmmədov icra edir.
AzerTimes Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə DSK-da məlumat verilib.
Bildirilib ki, hazırda Dövlət Statistika Komitəsinin sədrinin səlahiyyətlərini müvəqqəti icra edən, sədrin birinci müavini Vahab Məmmədovdur.
DSK-dan bildirilib ki, hazırda Tahir Budaqov məzuniyyətdə olduğu üçün onu müavini əvəz edir.Qeyd edək ki, T.Budaqov həm də YAP sədrinin müavini – Mərkəzi Aparatın rəhbəridir.
Xatırladaq ki, bu il fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək.