Bakı Metropoliteni QSC-nin sabiq rəisi Tağı Əhmədovun səhhəti yenidən pisləşib.
AzerTimes Unikal.az-a istinadən xəbər verir ki, o, Bakıdakı özəl klinikalardan birinə yerləşdirilib.
Tağı Əhmədov hazırda həmin klinikada müalicəsini davam etdirir.
Qeyd edək ki, T.Əhmədov 1998-2014-cü illərdə Bakı Metropoliteni QSC-nin rəisi olub. Son zamanlarda onun ayağında ciddi problem yaranmışdı.