Tadevosyanın filmi və Anar Kərimovun işdən çıxması…

Tadevosyanın filmi və Anar Kərimovun işdən çıxması…

Erməni əsilli fransız rejissor Nare Tadevosyan Qarabağda yerləşən dini məbədlər haqqında “Ermənistan: Müqəddəs torpaq” filmini çəkib və bu “möcüzəni” Paris, Marsel və Fransanın digər böyük şəhərlərinin kinoteatrlarında nümayiş etdirib.

Onu da unutmayaq ki, orta statistik bir fransız üçün ümumiyyətlə bu ziyarətgahlarda erməni işğalının 30 ili ərzində reallıqda nələrin baş verdiyi necə deyərlər, vecinə də deyil.

2019-cu ildə çəkilən bu filmdə rejissor xüsusi effektlərdən, müasir kino sənayesinin bütün imkanlarından istifadə edərək, Qarabağın təbiətini və həmin ərazilərdə yaşayan ermənilərin guya “öz” ziyarətgahlarını necə sevdiyini, qiymətləndirdiyini rəngarəng şəkildə nümayiş etdirib. Niyə “öz” sözündə dırnaq işarələri qoyduq?

Çünki filmdə yalnız uzun illərdir rejissorun əcdadlarının erməniləşdirməyə çalışdıqları alban kilsələri göstərilir. Əslində isə kilsə və məbədlər heç vaxt ermənilərin olmayıb və onların hazırkı vəziyyəti də filmdə göstərildiyi kimi deyil: bu tikililər bacarıqlı “Fotoşop qələmi” ilə düzəldilir və fransız izləyicinin qarşısında “qədim Ermənistan – gözəl ziyarətgahları olan yaxşı bir diyar” kimi təqdim edilir. Sözügedən kilsə və məbədlər 30 illik işğal ərzində qəzalı və bərbad vəziyyətə düşüb. Filmdən fərqli olaraq, reallıq budur!

44 günlük müharibədə erməni hərbçilər bu tikililərdən hərbi hissələrinin dayaq nöqtəsi kimi istifadə edirdilər. Və ən əsası – Nara Tadevosyan üçün bir sual: ziyarətgahlardan danışırıqsa, niyə filmdə müsəlman məscidlərindən bəhs edilməyib?

Yəqin ki, Narenin özü üçün də sirr olmayacaq ki, Qarabağdakı məscidlərdən “erməni xeyirxahları” donuzların saxlandığı yer kimi istifadə edirdilər. Bununla bağlı bir çox foto və video sübutlar mövcuddur. Bəs, bunu Parisdə, Vaşinqtonda, Moskvada, Pekində kim bilir?

Təəssüf ki, heç kim…

Və burada artıq Azərbaycan mədəniyyət nazirinin işdən çıxarılmasının səbəbləri barədə düşünmürsən.

Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində (Qarabağ) 1988-ci ilə qədər 403-ə yaxın tarixi-dini abidə, məscid, məbəd, ziyarətgahlar yerləşirdi. Son 30 ildə bu abidələrin çoxu dağıdılmış və məhv edilmişdir: məscidlər, məqbərələr və s. Belə ki, 67 məsciddən 63-ü tamamilə, 4-ü isə qismən dağıdılıb…

Teqlər: