Tadevosyan Ermənistanın bu federasiyasını kəskin tənqid etdi

Tadevosyan Ermənistanın bu federasiyasını kəskin tənqid etdi

Ermənistan Futbol Federasiyasının İcraiyyə Komitəsinin (İK) sabiq üzvü Anna Tadevosyan qurumun fəaliyyətini sərt tənqid edib.

AzerTimes Report-a istinadən xəbər verir ki, o, federasiyadakı nöqsanları açıqlayıb.

Tadevosyan bildirib ki, artıq İK-dəki işini davam etdirməyəcək:

“Bu qurum futbolu inkişaf etdirməkdən başqa, hər işlə məşğuldur. Son bir ildə federasiya rəhbərliyi bir sıra əsassız qərarlar verib. Nəticədə futbolun inkişafı üçün səylərini əsirgəməyən şəxslər işdən çıxarılıb.

Qeyd edək ki, Anna Tadevosyan 2018 – 2019-cu illərdə Ermənistan Futbol Federasiyasının qadın futbolu şöbəsinə rəhbərlik edib.

Teqlər: