Tacikistanla sərhəddə baş verən münaqişədə 3 Qırğızıstan vətəndaşı ölüb

Tacikistanla sərhəddə baş verən silahlı toqquşmalar nəticəsində biri uşaq olmaqla 3 Qırğızıstan vətəndaşı ölüb.

AzerTimes-ın məlumatına görə, bu barədə “AKİ-press” agentliyinə Qırğızıstanın səhiyyə və sosial inkişaf nazirinin müavini Jalaladin Rəhmətullayev deyib.

J.Rəhmətullayev bildirib: “Tacikistanla sərhəddə silahlı toqquşmalar nəticəsində 2008-ci il təvəllüdlü bir uşaq da daxil olmaqla üç nəfər Qırğızıstan vətəndaşı ölüb”.


Onun sözlərinə görə, münaqişə zonasından xəstəxanalara 51 yaralı çatdırılıb.

Xatırladaq ki, daha əvvəl Qırğızıstan və Tacikistanın xarici işlər nazirləri atəşkəs barədə razılığa gəliblər. Bu gün yerli vaxtla saat 20:00-dan atəşkəs elan olunub.