Bu gün (11 oktyabr) Tacikistanda prezident seçkiləri keçirilir.
Tacikistan Respublikanın tarixində sayca altıncı dövlət başçısı seçkiləri olacaq. Daha öncəki beş seçkidən dördündə hazırkı prezident Emoməli Rəhmon qələbə qazanıb. 68 yaşlı siyasətçi artıq 28 ildir ölkəyə başçılıq edir. 2016-cı ildə respublika Konstitusiyasına dəyişikliklər edilib və bu dəyişikliklər ona qeyri-məhdud sayda prezident seçilməsinə imkan verir. Bu dəfə Emoməli Rəhmonun namizədliyini Tacikistanın hakim Xalq Demokratik Partiyası irəli sürüb.
Emoməli Rəhmonun rəqibləri isə aşağıdakı dörd namizəddir:
Tacikistanın Kommunist Partiyasının lideri Mirodj Abdulloyev – 72 yaşlı siyasətçi namizədlər arasında ən yaşlısıdır. O, prezident seçkilərində birinci dəfədir iştirak edir.
Daha bir namizəd Tacikistanın Aqrar Partiyasının sədri Rustam Latifzodadır. O da prezident seçkilərində birinci dəfədir iştirak edir.
Tacikistanın İqtisadi İslahatlar Partiyasından namizəd isə 60 yaşlı Rustam Raxmatzodadır. Siyasətçi ilk dəfədir ki, prezident seçkilərində iştirak edir.
Tacikistan Sosialist Partiyasının 70 yaşlı lideri Abduxalim Qafforzada isə artıq üçüncü dəfədir ki, prezidentliyə namizədliyini irəli sürür. O, 2006-cı ilin seçkilərində 2,8%, 2010-cu ildə isə 1,5% səs toplamışdı