Xəbər - Orxan Nəbiyev – Trend:
Tacikistanın Qırğızıstanla sərhədində hərbi texnikanın hərəkəti müşahidə olunub.
AzerTimes-ın məlumatına görə, bu barədə Qırğızıstanın Sərhəd Xidməti bildirir.
Qeyd olunur ki, Tacikistan tərəfi Tort-Koço bölgəsində yolu bağlayıb. Hazırda bölgədə vəziyyət nisbətən gərgin olaraq qiymətləndirilir.
Xatırladaq ki, 29-30 aprel tarixində ölkənin Batken vilayətinin Qırğızıstan-Tacikistan sərhədindəki silahlı qarşıdurma nəticəsində həm mülki şəxslər, həm də hərbi qulluqçular arasında çoxsaylı ölən və xəsarət alan olub.
Qırğızıstan Səhiyyə Nazirliyinin son məlumatlarına görə, sərhəddəki silahlı qarşıdurma nəticəsində 31 nəfər ölüb, 154 nəfər yaralanıb.