Tacikistanın şərqindəki Dağlıq Bədəxşan muxtar vilayətində
keçirilən antiterror əməliyyatında Milli Təhlükəsizlik Dövlət
Komitəsinin bir zabiti həlak olub.
Trend-in
məlumatına görə, bu barədə ölkənin Daxili İşlər Nazirliyi (DİN)
bildirib.
Qeyd olunur ki, əməliyyatın keçirildiyi Ruşan rayonunda
təhlükəsizlik qüvvələrinin kolonuna hücum baş verib. Nəticədə bir
nəfər həlak olub, 13 hərbçi isə yaralanıb.
Bölgədə əməliyyat davam etdirilir.
Qeyd edək ki, Tacikistan DİN bu gün səhər saatlarından etibarən
Dağlıq Bədəxşan muxtar vilayətində mütəşəkkil cinayətkar dəstəyə
qarşı antiterror əməliyyatı başladığını elan edib.