Tacikistanda 5 bal gücündə zəlzələ olub

Tacikistanda 5 bal gücündə zəlzələ baş verib.

AzerTimes-ın Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən
verdiyi məlumata görə, yeraltı təkanların episentri Xucand
şəhərindən 172 kilometr cənub-şərqdə, ocağı isə 60 kilometr
dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində dağıntılar və xəsarət alanlar barədə məlumat
verilməyib.