Tacikistanda 5 bal gücündə zəlzələ qeydə alınıb.
AzerTimes xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələnin episentri 10,8 min nəfərin yaşadığı Murqab qəsəbəsindən 58 km cənub-qərbdə yerləşib, dərinliyi isə 60 km qeydə alınıb.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.