Moskva vilayətində törədilən terror aktında vətəndaşlarımızın iştirakı ilə bağlı məlumat saxtadır.
AzerTimes xəbər verir ki, bu barədə Tacikistan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilib.
Qeyd edək ki, Rusiya KİV-lərinin yaydığı məlumata əsasən, “Krokus Siti Holl”da hücum həyata keçirən 6 şəxsdən 4-nün kimliyi məlum olub.
Terakt törədən şəxslər Məhmədrəsul Nəsridinov, Rivojidin İsmonov, Şahincan Safolzoda, Rüstəm Nəzərovdur.
Onların hamısı Tacikistan vətəndaşıdır. Onlardan hansının saxlanıldığı hələlik məlum deyil.