Özbəkistanın Termez şəhərində Özbəkistan və Tacikistan hərbçilərinin “Birlik-2022” birgə təlimləri başlayıb.
AzerTimes xəbər verir ki, bu barədə Özbəkistan Müdafiə Nazirliyi məlumat yayıb.
“Termezdəki hərbi poliqonda Özbəkistan və Tacikistanın “Birlik-2022” birgə hərbi təlimləri başlayıb. Təlimlərin açılış mərasimində Özbəkistanın Cənub-Qərb Əlahiddə Hərbi Dairəsinin komandanı general-mayor Zaynobiddin İminov və Tacikistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini general-mayor Eqamzad Şərif Xudayberdi çıxış ediblər. Başlanmış təlimlər çərçivəsində tərəflərin yaxın döyüş, yaralıların təxliyəsi və digər hərbi əməliyyatların texnika və üsullarını işləyəcəyi planlaşdırılır”, – məlumatda bildirilib.