Tacikistan sərhədində güclü zəlzələ baş verdi

Tacikistan sərhədində güclü zəlzələ baş verdi

Tacikistan və Əfqanıstan sərhədində 5,7 maqnitudalı zəlzələ olub.

AzerTimes xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin seysmoloji eksperimental-metodiki ekspedisiyası məlumat yayıb.

Məlumata görə, yeraltı təkanlar Bakı vaxtı ilə 00:49-da qeydə alınıb. Təbiət hadisəsinin episentri Almatı şəhərindən 823 km məsafədə yerləşib. Zəlzələnin ocağı 35 km dərinlikdə olub.

İtki və tələfatla bağlı məlumat yoxdur.

Teqlər: