Tacikistanın Dövlət Milli Təhlükəsizlik Komitəsi Qırğızıstan sərhədində atışma nəticəsində mülki şəxslər və sərhədçilər arasında itkilər olduğunu bildirib.
AzerTimes-ın məlumatına görə, Komitədən qeyd olunub ki, Qırğızıstan tərəfindən Tacikistan Respublikası istiqamətində yerli sakinlər, avtomobillər və müxtəlif infrastruktur obyektləri güclü atəşə tutulub:
“Sərhəd zastavaları minaatanlardan atəşə tutulub”.
Komitədən verilən məlumata əsasən, Tacikistan Respublikasının hava məkanını pozaraq pilotsuz uçuş aparatlarının uçuşları qeydə alınıb.