Rusiyanın Düşənbədəki səfiri Tacikistan Xarici İşlər Nazirliyinə çağırılıb.
AzerTimes xəbər verir ki, bu barədə Tacikistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, səfirə Rusiya ərazisində Tacikistan vətəndaşlarının hüquqlarının pozulması ilə bağlı nota təqdim edilib.
Qeyd edək ki, minə yaxın Tacikistan vətəndaşı, o cümlədən universitetlərdə təhsil almaq üçün Rusiyaya gedənlər Moskva aeroportlarında qalıb.