Tacikistanın Baş naziri Qahir Rəsulzadə Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətin diplomatik yollarla tezliklə nizamlanmasına çağırıb.
AzerTimes xəbər verir ki, bu barədə “Xovar” milli informasiya agentliyi məlumat yayıb.
Rəsulzadə Tacikistan tərəfinin Ermənistanla Azərbaycan arasında vəziyyətin gərginləşməsindən narahatlığını ifadə edib.
O vurğulayıb ki, vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq və problemlərin həlli yollarını tez bir zamanda siyasi və diplomatik kanala qaytarmaq vacibdir.