Tacikistan Azərbaycanın aqrar-sənaye sektorundakı unikal təcrübəsində maraqlıdır – Səfir (ÖZƏL)

Tacikistan aqrar-sənaye kompleksində Azərbaycanın unikal
təcrübəsini və nailiyyətlərini nəzərə alaraq hazırda Azərbaycanla
bu sahədə münasibətlərin dərinləşməsi üzərində işləyir.

Bunu Trend
Tacikistanın Azərbaycandakı səfiri Rustam Soli deyib.

Səfir bildirib ki, Azərbaycan və Tacikistan həm ikitərəfli, həm
regional, həm də qlobal səviyyələrdə bütün təşəbbüslərdə hər zaman
bir-birini dəstəkləyib.

“Hazırda ölkələrimiz enerji, neft sənayesi və alüminium
sahələrini əhatə edən iqtisadi xarakterli layihələr üzərində
işləyir”, – R.Soli deyib.

Onun sözlərinə görə, Tacikistan şirkətləri Azərbaycan ərazisində
bütün sektorlarda layihələrin reallaşdırılmasında iştirak etməkdə
maraqlıdır.

Səfir, həmçinin əlavə edib ki, dünyadakı reallıqlar Tacikistanla
Azərbaycan arasındakı münasibətlərə mənfi təsir göstərməyib və bu
münasibətlər irəliləyən xətlə inkişaf edir.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: