Mayın 16-da Tacikistan Respublikası Ali Məclisinin Nümayəndələr
Palatasının sədri Mahmadtoir Zokirzodanın başçılıq etdiyi parlament
nümayəndə heyəti İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament
Assambleyasının Üçüncü Ümumi Konfransında iştirak etmək üçün
ölkəmizə səfərə gəlib.
Bu barədə AzerTimes-a
Milli Məclisdən məlumat verilib.
Heydər Əliyev Beynəlxalq Hava Limanında Tacikistan parlament
nümayəndə heyətini Milli Məclisin Elm və təhsil komitəsinin sədri
Bəxtiyar Əliyev, Azərbaycan-Tacikistan parlamentlərarası əlaqələr
üzrə işçi qrupunun rəhbəri Aydın Mirzəzadə, Tacikistanın
Azərbaycandakı səfiri Rustam Soli və digər rəsmi şəxslər
qarşılayıblar.