TAC MMC əməkdaşları iş yerlərində vaksinasiya olunub

TAC şirkəti işçilərə birbaşa iş yerində koronavirus infeksiyasına qarşı vaksinasiya olunmaq imkanı yaradıb. Peyvənd məntəqəsi Sulutəpə qəsəbəsində yerləşən Aquavita zavodunda bütün lazımi tələblərə uyğun şəkildə təşkil edilmişdir.

Vaksinasiya Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən təqdim olunan səyyar həkim briqadası tərəfindən həyata keçirilmişdir. Vaksinasiyadan əvvəl işçilər tibbi məsləhət aldılar.

Vaksinasiya pulsuz və könüllü olaraq həyata keşirilmişdir. 2 gün ərzində ümumilikdə 240 əməkdaş vaksinasiya olunmuşdur.

– Həm əməkdaşlarımız, həm də müştərilərimiz və partnyorlarımız üçün infeksiya risklərini azaltmaq və onları təhlükəli xəstəliklərdən qorumaq bizim üçün çox vacibdir. Koronavirus infeksiyası ilə əlaqəli mövcud vəziyyətdə, hər kəs bir-birinə dəstək olmalı və kömək göstərməlidir.

Binəqədi rayonu İcra Hakimiyyətinin dəstəyi və TƏBİB tibb işçilərinin köməyi ilə əməkdaşlarımız iş yerində peyvənd oluna bildilər – deyə TAC şirkətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri S. Verdieva qeyd etdi.

Xatırladak ki, TAC şirkəti əhalini keyfiyyətli içməli su ilə təmin etmək üçün Azərbaycanda yaradılan ilk şirkətdir. «Suyun keyfiyyəti – həyatın keyfiyyəti!» şirkətin uzun illər ərzində əməl etdiyi əsas şüarıdır ki, daxili bazarda əldə etdiyi uğur və etibar məhz bu yanaşmanın nəticəsidir. TAC şirkətinin bütün məhsulları – həm içməli sular, həm müxtəlif sərinləşdirici içkilər, dünyanın aparıcı istehsalçılarından «Krones», «Husky», «Universal Aqua» və s. avadanlıqlar vasitəsilə istehsal olunur. Məhsulların keyfiyyəti beynəlxalq ISO 9001:2008 və ISO 22000:2005 sertifikatları ilə təsdiq edilib. Bu sənədlər şirkətin istehsal etdiyi məhsulların həm yüksək keyfiyyətinin, həm də təhlükəsizliyinin sübutudur.

Teqlər: