İl yarımdır gecə ziyarətləri üçün bağlı olan Hindistanın Tac-Mahal mavzoleyi avqustun 21-dən etibarən abidəni ay işığında görmək istəyənlərin üzünə açıq olacaq.
AzerTimes-ın məlumatına görə, abidəyə gecə ziyarətləri koronavirus pandemiyası səbəbindən 2020-ci il martın 17-dən etibarən dayandırılmışdı.
Mavzoleyə turistlər gecə saatlarında yarım saat intervalla, 50 nəfərdən çox olmamaqla buraxılacaq.