Rusiya qırıcı təyyarəsi Çin Xalq Respublikasının (ÇXR) sədri Si Szinpini Kazan yaxınlığında müşayiət edib.
AzerTimes Publika.az-a istinadən xəbər verir ki, bu barədə “Sinxua” məlumat yayıb.
Bu faktı Çin təyyarəsindən lentə alınan video sübut edir. Uçuşun görüntülərini RBC yayıb. Bundan əlavə, təyyarənin fotoşəkilləri Çinin “Chinanyus” nəşrinin saytında yer alıb.
Qeyd edək ki, Si Szinpin oktyabrın 22-24-də Kazanda keçiriləcək 16-cı BRİKS sammitində iştirak etmək üçün Rusiyaya gəlib. Hava limanında Çin liderini Tatarıstanın rəhbəri Rüstəm Minnixanov, respublikanın baş naziri Aleksey Pesoşin və şəhərin meri İlsur Metşin qarşılayıblar.