Szinpin təklif etmişdi: Makron sülh planını hazırladı

Szinpin təklif etmişdi: Makron sülh planını hazırladı

Fransa Prezidenti Emmanuel Makron Rusiya və Ukrayna arasında danışıqlara aparılması ilə bağlı sülh planını Çinə təqdim etmək niyyətindədir.

AzerTimes xəbər verir ki, bu barədə “Blumberq” yazıb.

Məlumata görə, plan danışıqların yayda başlaya biləcəyini nəzərdə tutur və Kiyev üçün uzunmüddətli təhlükəsizlik zəmanətlərini də özündə ehtiva edir.

Qeyd edək ki, Si Szinpin Makronun Çinə səfəri zamanı Fransa liderinə sülh planını hazırlamağı təklif etmişdi.

Teqlər: