Fransa Prezidenti Emmanuel Makronun Çin Prezidenti Si Szinpini Ukrayna məsələsində Rusiyaya təzyiq göstərməyə inandırmaq cəhdi heç bir nəticə verməyib.
AzerTimes xəbər verir ki, bu barədə “Nyu York Tayms” məlumat yayıb.
Məlumata görə, Si Szinpin ölkəsinin Rusiya ilə yaxın münasibətlərinə görə tənqid edilməsinə qətiyyətlə qarşı çıxıb. O, Ukrayna böhranının məsuliyyətini üçüncü ölkələrin üzərinə atmaq, onların reputasiyasını ləkələmək və yeni soyuq müharibəyə başlamaq üçün istifadə olunmasının əleyhinə olduğunu vurğulayıb.
Çin lideri Pekinin Ukrayna böhranında tərəflərindən biri olmadığına da diqqət çəkib.
“Qəzəbli ifadənin əsasən ABŞ-a ünvanlandığı görünür, çünki Vaşinqton hesab edir ki, Çin Rusiyadan böyük miqdarda neft və qaz almaqla yanaşı, Moskvaya kömək etməkdə davam edir”, – qəzet bildirib.