Ukraynadakı gərginliyi mümkün qədər tez bir zamanda azaltmaq və böhranın həllinə yol açmaq vacibdir.
AzerTimes xəbər verir ki, bunu Çin lideri Si Szinpin Kazanda BRİKS-in sammitindəki çıxışında deyib.
“Biz Ukraynadakı böhranın tez bir zamanda deeskalasiyasına kömək etməliyik və siyasi nizamlanmaya yol açmalıyıq”, – Szinpin bildirib.