Ölkənin yüksək keyfiyyətli inkişafı üçün elmi və texnoloji müstəqilliyin əldə edilməsini sürətləndirməliyik.
AzerTimes xəbər verir ki, bunu Çin sədri Si Szinpin bildirib.
Szinpin qeyd edib ki, Çində elmi-texniki mütəxəssislərin fəaliyyəti üçün məqsəd ölkənin elm və texnologiya sahəsində müstəqillik əldə etməsini təşviq etmək, eləcə də ölkənin innovativ gücünü təmin etməkdir.