Çin lideri Si Szinpin Çini müharibəyə hazırladığını deyib. Dünya bunu ciddi qəbul etməlidir.
AzerTimes xəbər verir ki, bu barədə “Foreign Affairs” nəşri yazıb.
Bildirilir ki, Szinpin Çin parlamentinin və onun ali siyasi məşvərət orqanının illik iclasında çıxışı zamanı bir neçə dəfə müharibəyə hazır olmaq mövzusuna toxunub. O, generallara isə “cəsarətlə vuruşun” deyib.
Həmçinin, onun son 10 ildə iki dəfə artmış Çinin müdafiə büdcəsini daha 7,2% artırdığını, həmçinin ölkəni xarici taxıl idxalından daha az asılı vəziyyətə salmağı planlaşdırdığı bildirilir.