Çin lideri Si Szinpin mayın 9-da Rusiya Prezidenti Vladimir Putini yenə təbrik etməyib.
AzerTimes xəbər verir ki, bu barədə “Döyçe Velle” məlumat yayıb.
Məlumata görə, Çin Qələbə Günü ilə əlaqədar Rusiyaya rəsmi təbriklər barədə məlumat verməyib:
“Çin Xarici İşlər Nazirliyinin saytında Szinpinin mayın 9-da Putinə təbrik mesajı göndərdiyini göstərən heç bir məlumat yoxdur. Çin mediası da bu barədə susur”.
Maraqlıdır ki, ötən il də Çin Rusiyanı faşizm üzərində Qələbə münasibətilə təbrik etməyib, lakin Pekin əvvəlki illərdə – Ukraynada müharibə başlamazdan əvvəl Moskvaya təbrik göndərirdi.