Çin lideri Si Szinpin ABŞ-a səfəri zamanı Kaliforniya ştatında köhnə dostları ilə görüşəcək.
AzerTimes xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb.
Agentliyin məlumatına görə, Si Szinpin bu insanlarla 1985-ci ildə Hebey əyalətindən ABŞ-a gələn nümayəndə heyətinin tərkibində olarkən tanış olub.
Szinpinlə şam yeməyinə dəvət olunmuş 85 yaşlı Sala lande bildirib ki, dəvət olunanların hamısı sadə insanlardır və onunla görüşü səbirsizliklə gözləyirlər.
Landenin sözlərinə görə, vaxtilə Si Szinpini pəncərələri Missisipi çayına açılan evində nahara qonaq edib.