Çin Sədri Si Szinpin Cənubi Koreyaya səfər edə bilər.
AzerTimes xəbər verir ki, bu barədə “Röyters” Cənubi Koreya mətbuatına istinadən məlumat yayıb.
Szinpin bu gün Cənubi Koreyanın Baş naziri Kan Dak Su ilə görüşündə Koreya yarımadasında sülh və təhlükəsizliyin qorunması səylərinin bir hissəsi olaraq Seula səfər etməyi ciddi düşünəcəyini söyləyib.
Qeyd edək ki, Szinpinin gözlənilən mümkün səfəri 2014-cü ildən bəri Cənubi Koreyaya ilk səfəri olacaq.