Syerra-Leonedə yanacaq daşıyan maşının partlayıb, 90-dan çox ölən var

Xəbər - Orxan Nəbiyev

Syerra-Leonenin paytaxtı Fritaun şəhərində yanacaq daşıyan maşının partlaması nəticəsində 91 nəfər həlak olub.

Trend-in məlumatına görə, yük maşını qəzaya uğradıqdan sonra sakinlər yanacaq toplamaq üçün qəza yerinə toplaşıb.

Qısa müddət sonra sistern partlayıb və yanmağa başlayıb.


Hazırda qəzanın səbəbləri ilə bağlı araşdırma aparılır.