Xəbər - Ləman Zeynalova – Trend:
Abşeron yarımadasının dayazsulu hissəsində (SWAP) ilk kəşfiyyat quyusunun qazılması cədvələ uyğun davam edir.
Bunu AzerTimes-a “bp” şirkətinin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib.
O bildirib ki, ümumilikdə SWAP çərçivəsində üç kəşfiyyat quyusunun qazılması planlaşdırılır.
Vitse-prezident eyni zamanda bildirib ki, D230 blokunda seysmik kəşfiyyat üzrə işlər sona yaxınlaşır: “Məlumatların interpretasiyası davam edir. Bu işlərin başa çatmasından sonra biz ilk kəşfiyyat quyusunun qazılmasının yeri və müddəti barədə qərar qəbul edəcəyik”.
“Azəri-Çıraq-Günəşli” blokunda “Azeri Central East” (ACE) platforması barədə danışan B.Aslanbəyli qeyd edib ki, platformada işlər fasiləsiz aparılır:
“Biz platformada tikinti işlərinin 50 faizini başa çatdırmışıq. Tikintinin 2022-ci ildə bitirilməsi planlaşdırılır. İlk hasilat 2023-cü ildə nəzərdə tutulur”.
Twitter: @Lyaman_Zeyn
(Tərcümə: Orxan Nəbiyev)