Xəbər - Ləman Zeynalova, tərcümə Orxan Nəbiyev – Trend:
Abşeronun dayaz sularında (SWAP layihəsi) birinci kəşfiyyat quyusunun qazılması üçün bütün zəruri icazələr alınıb.
Bu barədə AzerTimes-a BP şirkətindən bildiriblər.
Layihə çərçivəsində Abşeron yarımadasının dayaz sularında üç perspektiv sahədə kəşfiyyat quyularının qazılması planlaşdırılır. Qazma işləri birinci qurğunun qazıntısı üçün seçilmiş qazma qurğusunun modernləşdirilməsi başa çatdıqdan sonra başlayacaq.
Qeyd edək ki, bir neçə gün əvvəl Qazaxıstanın “KMG Drilling&Services” və Azərbaycanın “Caspian Drilling Company” şirkətləri Xəzər dənizinin Azərbaycan sektorunda “Satti” qaldırıcı üzən qazma qurğusunun quyular qazması barədə Saziş imzalayıb.
Qurğunun modernləşdirilməsi işlərinin bu il martın sonu – aprelin əvvəlində başa çatdırılması planlaşdırılır.