Şvartseneggerdən şok: Atam nasist olub, Leninqradda döyüşüb

Şvartseneggerdən şok: Atam nasist olub, Leninqradda döyüşüb

Məşhur Hollivud aktyoru Arnold Şvartsenegger atasının nasist olduğunu və Leninqradın blokadasında iştirak etdiyini etiraf edib.

AzerTimes xəbər verir ki, bu barədə aktyor “Netfliks”in yeni “Arnold” sənədli filmində bildirib.

75 yaşlı Şvartsenegger Avstriyanın kiçik Tal kəndində qardaşı Meinhardla birlikdə böyüdüyünü söyləyib:

“Bizim tərbiyəmiz çox çətin olub. Evdə çox zorakılıq olub. Valideynlərimiz bizi döyürdülər”.

Arnold anası Ana Aureliyanın “təmizlik fanatiki” olduğunu, atası Qustavın da II Dünya müharibəsi zamanı nasist funksioneri olduğunu bildirib. Vermaxtda xidmət edib və Leninqrad yaxınlığındakı cəbhədə yaralanıb:

“Digər nasist əsgərləri kimi o da müharibədən sınıq-salxaq qayıdıb. Ola bilsin ki, o, travma sonrası stress pozğunluğundan və depressiyadan əziyyət çəkirdi”.

Onun sözlərinə görə, ata uşaqları kəmərlə döyür və tez-tez açıq şəkildə şizofrenik davranış nümayiş etdirirdi.
Uşaqlıqda qardaşlar evə kimin qayıdacağını bilmirdilər: “yaxşı ata”, yoxsa “sərxoş ata”.

Teqlər: