İştirak hüququm olsaydı, ABŞ-da prezident postu uğrunda mübarizə aparmağa hazır idim.
AzerTimes xəbər verir ki, bu sözləri məşhur Hollivud aktyoru Arnold Şvartsenegger müsahibəsində deyib.
O, necə qalib gəlməyin yolunu da bildiyini açıqlayıb:
“Mən bu seçkidə necə qalib gələ biləcəyimi çox dəqiq bilirəm”.
Qeyd edək ki, ABŞ Konstitusiyanının tələbinə görə, ölkə prezidenti vəzifəsinə yalnız ABŞ-da doğulan şəxs seçilə bilər. Avstriyada doğulan Şvartseneggerin isə prezidentlik uğrunda yarışması mümkün deyil.