Fələstinlilərin yaşamaq və öz ölkələrinə sahib olmaq hüququ var.
AzerTimes xəbər verir ki, bunu Hollivudun məşhur aktyoru Arnold Şvartsenegger Yaxın Şərqdəki müharibə ilə bağlı danışarkən deyib.
“İsrail amansız, səbəbsiz hücuma məruz qaldı, günahsız insanlar öldürüldü, işgəncələrə məruz qaldı və yandırıldı. Ancaq eyni zamanda, ikidövlətli həllin lazım olduğunu qəbul etməlisiniz. Fələstinlilərin yaşamaq hüququ var. Fələstinlilərin öz ölkələrinə sahib olmaq hüququ var. Və onlar (İsrail və Fələstin – red.) bir-birinin yanında yaşamağı öyrənməlidirlər”, – o bildirib.