Yaponiyanın avtomobil istehsalçısı Suzuki Hindistandakı üç müəssisəsinin işini dayandırmağa qərar verib.
Trend TASS-a istinadən xəbər verir ki, müvafiq qərar yeni koronavirusun ölkədə yayılması ilə bağlı çətin vəziyyətə görə verilib.
Xatırladaq ki, son məlumatlarda Hindistanda sutka ərzində yeni dünya antirekordu – 360 960 koronavirus infeksiyasına yoluxma halı qeydə alınıb.