Süveyş kanalının gəlirləri 7 milyard dollara qədər yüksəlib

Misirin Süveyş kanalının istismarından əldə etdiyi gəlir
2021-2022-ci maliyyə ilində 6,9 milyard dollara çatıb.

Trend xəbər verir ki, bu barədə “Əş-Şuruk” portalı kanalın
administrasiyasının rəhbəri Usama Rabiaya istinadən xəbər
verir.

Məlumata əsasən, bir öncə kanalın istismarından gəlir 6,8 milyar
dollar təşkil edib, bu isə cari ildə əladə edilən gəlirdən 1,1
milyard dollar daha azdır.