Misirdə Süveyş kanalının 2021-ci ildə əldə etdiyi gəlir 6,3 milyard dollara çatıb ki, bu da kanalın tarixində ən yüksək göstəricidir.
Trend xəbər verir ki, bu barədə kanalın administrasiyasının rəhbəri Usamə Rabia bildirib.
Onun sözlərinə görə, 2021-ci il ərzində kanalın tarixində yeni və görünməmiş rekordlar qeydə alınıb, illik gəliri 6,3 milyard dollara çatıb. Bu, kanalın 2020-ci ildə əldə etdiyi gəlirdən (5,6 milyard dollar) 12,8% çoxdur.
Bundan əlavə, illik xalis tonaj göstəricilərindədə rekord qeydə alınıb – 1,27 milyard tondan çox. Bu rəqəmlər ötən illə müqayisədə 8,5% çoxdur. Ümumilikdə kanaldan hər iki istiqamətdə 20 694 gəmi keçib, 2020-ci ildə 18 830 gəmi olub.