Süveyş kanalında saya oturan “Ever Given”e daha iki yedək gəmisi istiqamətlənib

Süveyş kanalında saya oturan “Ever Given” nəhəng konteyner yük gəmisinə iki əlavə yedək yönəldilib.

Trend İnterfaks-a istinadən xəbər verir ki, gəminin bu vəziyyətə düşmə səbəbləri ilə bağlı araşdırma davam edir. Süveyş kanalının idarə rəhbəri general-leytenant Usama Rabey daha əvvəl jurnalistlərə hadisənin yeganə səbəbinin güclü küləklərin olmadığını bildirib. Texniki səhv və ya insan faktoru istisna edilmir.

Dünən verilən məlumata əsasən, vəziyyətlə əlaqədar hazırda 300-dən çox gəmi keçid gözləyir.


Qeyd edək ki, Süveyş kanalında dünya dəniz ticarət daşımalarını 12 faizi həyata keçirilir.

Teqlər: