Süveyş kanalında hərəkəti iflic edən gəmiyə həbs qoyuldu

Xəbər - Orxan Nəbiyev – Trend:

Bir müddət əvvəl Süveyş kanalında saya oturaraq hərəkəti bir həftə ərzində iflic edən “Ever Given” konteyner gəmisinə həbs qoyulub.

AzerTimes-ın məlumatına görə, qərar gəmi sahibinin vurulan ziyana görə təzminatı tam məbləğdə ödəməkdən imtina etməsi ilə əlaqədar verilib.

Süveyş kanal rəhbərliyi hərəkətin dayanması ilə əlaqədar “Evergreen” şirkətindən 1 milyard dollar təzminat tələb edir.


Şirkət isə öz növbəsində həmin məbləğin 90 faizini, 900 milyon dollar məbləğ ödəməyə hazır olduğunu bildirir.

Xatırladaq ki, martın 23-də Tayvanın “Evergreen” şirkətinə məxsus 400 metrlik və 224 min tonluq “Ever Given” konteyner gəmisi Süveyş kanalında saya oturaraq bir həftəyə yaxın müddət ərzində hərəkəti iflic etmişdi.