Kosova və Metoxiya məsələsində Serbiyanın ərazi bütövlüyünü ən aqressiv şəkildə pozan ölkələr BMT Təhlükəsizlik Şurasının iclasında Ukraynanın ərazi bütövlüyünü aqressiv şəkildə müdafiə etdilər.
AzerTimes xəbər verir ki, bu sözləri Serbiya Prezidenti Aleksandr Vuçiç deyib.
“Paradoksal, bəzən isə hətta gülməli səslənir”, – deyə Vuçiç bildirib.
Qeyd edək ki, Nyu Yorkda BMT Baş Assambleyasının 18-22 sentyabr tarixlərində keçirilən iclasında Serbiya prezidenti ilə yanaşı, Albaniya lideri Edi Rama da iştirak edir.