Suvarmada olan çətinliklərin aradan qaldırılması ilə bağlı tapşırıq verilib (FOTO)

Xəbər - Ceyhun Ələkbərov – Trend:

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-də sədr müavini Zakir Quliyev cari ildə əkilən pambıq sahələrinin yerli Dövlət Aqrar İnkişaf Mərkəzləri və şirkətlərlə birlikdə dəqiqləşdirilməsi, həmin sahələrə xidmət edən suvarma şəbəkələrində, nasos stansiyalarda və subartezian quyularında həyata keçirilən təmir işlərinin vaxtında başa çatdırılması, suvarmada olan çətinliklərin vaxtında aradan qaldırılması və mövcud su ehtiyatlarından daha səmərəli istifadə etməklə əkin sahələrinin suvarma suyu ilə təmin olunması ilə bağlı müvafiq tapşırıqlar verib.

AzerTimes-ın məlumatına görə, o bunu bu gün 2021-ci il üzrə respublikanın rayonlarında əkilən pambıq sahələrinin su təminatı mövzusunda keçirilən videokonfransda edib.


Konfransda 2021-ci il üzrə respublikanın rayonlarında əkilən pambıq sahələrinin dəqiqləşdirilməsi və pambığın vegetasiya suvarmasına hazırlıqla bağlı müzakirələr aparılıb. Videokonfransda Səhmdar Cəmiyyətin şöbə müdirləri və pambıq əkilən rayonların yerli istismar idarələrinin rəhbərləri iştirak edib.

Teqlər: