Sutkada nə qədər içki xərçəng yarada bilər?

Sutkada nə qədər içki xərçəng yarada bilər?

Alkoqollu içkilər xərçəng riskini artırır.

AzerTimes Medicina.az-a istinadən xəbər verir ki, onkoloq Vladislav Yevseyev hətta zəif dərəcəli və qadınlar üçün hesab edilən alkoqolların da xərçəng riskini artırdığını deyib.

“Etil spirti bir çox orqanlarda hüceyrə səviyyəsində dəyişiklik apara bilir. Bunun üçün sutkalıq təhlükəsiz dozanı bilmək lazımdır. Xərçəng yaradan riskli doza sutkada 45 qram etil spirtinin qəbuludur. Burda artıq alkoqolun növünün fərqi yoxdur. Məsələn, mədə, qida borusu xərçəngi sutkada 45 qramdan çox etil spirti qəbul etdikdə yaranır. Bir doza alkoqolda 10 qram təmiz etil olur. Bu qədər dozanı böyük orqanizm 1,5 saata həll edir. Yarım litr pivədə 2 doza etil var, yarım litrlik araqda isə 20.

Bu gün 45-dən çox elmi araşdırma alkoqolun kanserogen təsirini sübut edib. Qadınlarda o, uşaqlıq və süd vəzi xərçəngini də yarada bilir. Alkoqol daha çox mədə, mədəaltı vəz, bağırsaq xərçənginin səbəbidir. Üstəlik insan siqaret də çəkirsə, təsir öldürücüdür.

Kanserogen siyahısında olan etanol bütün alkoqollu içkilərdə var və heç bir halda təhlükəsiz, zəif deyil”, – onkoloq qeyd edib.

Teqlər: