Şuşaya səfər edənlər bu qaydalara riayət etməlidir

Xəbər - Elçin Mehdiyev – Trend:

Şuşaya səfər edənlərin hansı qaydalara diqqət yetirməli olduqları açıqlanıb.

AzerTimes-ın məlumatına görə, Şuşa polis rəisi polkovnik Səməd Məhərrəmov jurnalistlərə açıqlamasında bildirib ki, vətəndaşlar bir sıra təhlükəsizlik qaydalarına əməl etməlidir.

“Məlum olduğu kimi Şuşa şəhəri minalardan tam təmizlənib. Amma ehtimal var ki, müəyyən yerlərdə döyüş sursatları görmək mümkün olsun. Həmin anda dərhal polis əməkdaşlarına məlumat vermək lazımdır, döyüş sursatlarına toxunmaq olmaz”, – deyə S.Məhərrəmov vurğulayıb.


O həmçinin hərbi qulluqçuların, polis əməkdaşlarının xidmət apardığı postlarda çəkiliş aparmağın yolverilməz olduğunu diqqətə çatdırıb. “Cıdır düzündə göstərilən yerə qədər getmək lazımdır. Düzdür, orada təhlükəsizlik tədbirləri görülüb, ancaq hər kəsdən xahiş edirik ki, göstərilən yerə qədər getsinlər”, – deyə o vurğulayıb.

Qeyd edək ki, bu gün Bakı-Şuşa reysi ilə hərəkət edən ilk sərnişin avtobusu Şuşa şəhərinə çatıb. Saat 13:00 radələrində şəhərə daxil olan və 44 sərnişin gətirən avtobus keçmiş avtovağzal ərazisində qarşılanıb.

Teqlər: