Xəbər - Samir Əli – Trend:
Şuşada aşkarlanan iki ədəd “İskəndər” raketinin Ermənistanın hansı tərəfindən atııldığı məlum deyil.
AzerTimes-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Minatəmizləmə Agentliyinin (ANAMA) operativ qərargahının rəisi İdris İsmayılov deyib.
O bildirib ki, raketlərin Ermənistanın hansı istiqamətindən atıldığını xüsusi radar vasitəsilə müəyyənləşdirmək olar:
“Bizdə hazırda bu barədə məlumat yoxdur. Raketin hansı tarixdə, hansı istiqamətdən atıldığı bizə məlum deyil. ANAMA humanitar təmizlənmə əməliyyatlarını həyata keçirir. Biz Şuşada bir-birindən 780 metr aralıya düşən raket qalıqları aşkar etmişik. Onlardan biri şimal-şərq istiqamətinə, digəri isə ona əks istiqamətdə aşkarlanıb. Raketin qalıqları əsasında onun hansı modelə aid olduğu aydınlaşdırılır. Çünki bu raketin “M”, “K”, “E”, “F” növləri var”.