2040-cı ilə qədər Şuşaya 20-30 min sakin qayıda bilər.
AzerTimes xəbər verir ki, bunu Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov Şuşada keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.
“Yaşayış məskənlərinin salınması ilə şəhərin keçmiş sakinləri Şuşaya qayıdırlar”, – o vurğulayıb.