Şuşaya qar yağır: Temperatur -3 dərəcəyə düşdü – Video

Şuşaya qar yağır: Temperatur -3 dərəcəyə düşdü – Video

Ötən gün axşam saatlarından başlayaraq Şuşa şəhərinə yağan qar davam edir və hazırda havanın temperaturu -3 dərəcədir.

AzerTimes Report-a istinadən xəbər verir ki, şəhər ərazisində nəqliyyat vasitələrinin təhlükəsiz və fasiləsiz hərəkətini təmin etmək məqsədilə yolların qardan təmizlənməsi işləri axşam saatlarında da davam etdirilir.

Belə ki, küçə və prospektlərdə səhər saatlarından etibarən iş aparılır, yollar texnika vasitəsilə qardan təmizlənir.

Gün ərzində təmizləmə işləri davam etdirildiyi üçün hazırda yollarda avtomobillərin hərəkəti üçün problem və çətinlik müşahidə olunmur.

Avtomobillərin hərəkəti normal şəkildə davam edir.

Teqlər: