Şuşaya həsr olunmuş ensiklopediya hazırlanacaq.
AzerTimes xəbər verir
ki, bu, Nazirlər Kabinetinin təsdiq etdiyi “Şuşa İli” ilə bağlı
Tədbirlər Planında əksini tapıb.
Tədbirlər Planına əsasən, 2022-2023-cü illər ərzində Mədəniyyət
Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyasına Şuşaya həsr
edilmiş ensiklopediyanın nəşrə hazırlanması və müxtəlif dillərə
tərcümə edilməsi tapşırılıb.