Xəbər - Samir Əli – Trend:
Şuşaya atılmış raket “İskəndər-M”dir.
AzerTimes-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) Operativ Qərargah rəisi İdris İsmayılov deyib.
O bildirib ki, aparılan tədqiqat zamanı raketin üzərində olan 9M723 indeks kodu yoxlanılıb:
“Bu zaman məlum olub ki, həmin raket İsgəndər raketinin qalıqlarıdır. Həmin qalıqlar bir-birindən 780 metr məsafədədir. Son aparılan araşdırma nəticəsində qənaətə gəlindi ki, görə, atılmış raket İsgəndər-M raketidir.”.
Onun sözlərinə görə, hazırda partlayış yerində və ətrafında ilkin tədqiqatlar gedir.